MVP logo
    Your browser: , Version
Wednesday, 20.06.2018, 11:42 AM
Hello! Guest | Group Guest | RSS
Home | Fayl Kataloqu | Profile  | Login
Saytın menyusu

Kateqoriyalar
VBA [21]
Formullar [31]
Massiv Formullar [12]
Ümumi [4]

Sorğu
"Excel"in hansı versiyasını istifadə edirsiniz?
Səsvermə sayı: 534

Statistika

Total online: 1
Guests: 1
Users: 0

Müsabiqələr


Siyahının dublikatsız sayılması qaydası
[ Download from this server (14.0 Kb) ]29.07.2011, 6:09 PM

Siyahıdakı məlumatların dublikatlarsız sayının tapılması qaydası:

Code

SUMPRODUCT((A2:A16<>"")/(COUNTIF(A2:A16;A2:A16&"")))



Izahı
: burada (A2:A16<>"") siyahıda yalnız boş olmayanların nəzərə alınacağını göstərirı.

Formulun bu hissəsinin necə işlədiyini vizual görmək üçün həmin hissəni seçib "F9" sıxmaqla (ya da Alt+T+U+F ilə) görə bilərsiniz. Bu misalda

{TRUE;TRUE;TRUE;TRUE;TRUE;TRUE;TRUE;TRUE;TRUE;TRUE;TRUE;TRUE;TRUE;TRUE;TRUE}nəticəsini görəcəksiniz çünki bu siyahıda boş olan hücrə movcud deyil, əgər məsələl "A3" boş olsa idi onda siyahı bu cür davam edərdi {TRUE;FALSE;TRUE;TRUE və s. Göründüyü kimi indi ikinci yerdə FALSE yazılıb bu isə o deməkdir ki, həmin yerdə məlumat movcud deyil.
COUNTIF(A2:A16;A2:A16) formulu isə A2:A16-yədək olan bütün kriteriyaların mövcud diapozondakı cəmi sayını tapır. Burada kriteriya bölməsində A2:A16&""-yazılışı isə siyahıdakı ehtimal olunacaq boşluqlardan yan keçmək üçündür (əks halda boşluq sıfır verəcəyi üçün 0-ra bölünməsi halı ilə rastlaşacağıq)

Sual oluna bilər ki, bəs 1/COUNTIF(A2:A16;A2:A16&"") bizə hansı nəticəni almaq üçün lazımdır. (Bu hissə formulumuzdakı ən əsas hissəsi sayılır.) Əvvəlcə məxrəc tərəfə nəzər salaq. Əgər COUNTIF(A2:A16;A2:A16&"") olan hissəni seçib "F9" sıxarsınızsa onda {1;1;5;5;5;5;5;4;4;2;1;1;2;4;4} yazılışını görə biləcəksiniz. Bu nə deəmkdir? bu yol ilə hansı nəticəni almağa çalışırıq? desəniz onda bunun izahı belə olar:burada diqqətlə nəzər yetirsək görərik ki, bu saylar elə siyahının əvvəlindən

{"Day";1;3;3;3;3;3;2;2;"Name";15;10;"Name";2;2}başlayaraq bütün kriteriyaların A2:A16 diapozonu üzrə ardıcıl olaraq cəmi saylarını göstərir. Bəs 1/COUNTIF(A2:A16;A2:A16&"") əməliyyatı nə üçün lazımdır? Cavab : qısaca desək bu əməliyyat siyahıdakı məlumatların dublikatsız sayını almaq üçündür. Ətraflı izahı isə belə olardı ki, məsələn: 3 rəqəmi beş dəfə təkrarlanır (yuxarıda F9-ilə artıq bunun şahidi oldunuz) əgər biz bu 5-ləri toplayıb onların (yəni beşlərin) cəmi sayına bölsək onda bir rəqəmini alarıq və bu üsulla 4-rəqəmini 4-ə, 2-rəqəmini 2-yə 1-rəqəmini 1-ə və s hər birini bu üsulla bölüb toplasaq bu bizə dublikatlarsız siyahını vermiş olacaq bəs bunu formul ilə necə etmək olar? cavab: hər birini "1/cəmi sayı" formasında yazmaqla. həqiqətən də (1/1+1/1+1/5+1/5+1/5+1/5+1/5+1/4+1/4+1/2+1/1+1/1+1/2+1/4+1/4)=7 nəticəsini verir.

Burada məxrəcləri eyni olduğu üçün məsələn : 3-rəqəminin sayı olan 5 - beş dəfə 1/5 yazılaraq toplandıqda "5/5"="1" nəticəsini verir. Əgər 3-rəqəmindən başqa deyək ki, 2-rəqəmi də diapozonda 5-dəfə yazılıbsa (yəni sayı 5-dirsə) onda "10/5" nəticəsi alınacaq ("=2" olacaq) bu isə 3 və 2-rəqəmlərinin hərəsini bir dəfə nəzərə almaqla toplamağa imkan verəcək. Praktik olaraq isə bu faylda görə bilərsiniz.

Həmçinin vizual olaraq buradan baxa bilərsiniz.

Category: Formullar | Added by: Useful
Views: 509 | Downloads: 86 | Rating: 0.0/0
Total comments: 0
Register to add comments
[ Register | Login ]
Login

Search

Useful Sites
  • www.planetaexcel.ru
  • www.programmersforum.ru
  • www.mrexcel.com
  • www.excelworld.ru
  • www.cyberforum.ru
  • www.excelvba.ru
  • www.muhasib.az

  • Visitors
    free counters


    MyExcelWorld © 2018
    Site managed by uCoz