MVP logo
    Your browser: , Version
Thursday, 16.08.2018, 9:41 PM
Hello! Guest | Group Guest | RSS
Home | Fayl Kataloqu | Profile  | Login
Saytın menyusu

Kateqoriyalar
VBA [21]
Formullar [31]
Massiv Formullar [12]
Ümumi [4]

Sorğu
Saytın hansı bölməsini daha çox maraqlı hesab edirsiniz?
Səsvermə sayı: 129

Statistika

Total online: 1
Guests: 1
Users: 0

Müsabiqələr


Əks Vlookup() funksiyası -siyahda sonuncudan başlayaraq axtarış edilməsi
[ Download from this server (37.5 Kb) ]31.01.2012, 10:09 PM

Əks Vlookup() funksiyası -siyahda sonuncudan başlayaraq axtarış edilməsi.

=INDEX(Məbləğ;MATCH(MAX((Kriteriya=E3)*ROW(Kriteriya));(Kriteriya=E3)*ROW(Kriteriya);0);1)*(VLOOKUP(E3;Kriteriya;1;0)=E3)

və ya digər üsul ilə,

=LOOKUP(2;1/(Kriteriya=G3);Məbləğ)

İzahı:
Qeyd:$A$3:$A$16 diapozonuna "Kriteriya" , $B$3:$B$16-ya isə "Məbləğ" adı verilib.
1.Əvvəlcə veriilmiş cədvəldə (Kriteriya=E3) hissəsinin izahına baxaq. Bu formul bizə A3-dən A16-ya kimi bütün kriteriyaların E3-dəki kriteriyaya bərabər olması hallarını aşkar etməyə imkan verəcək. ("True" yazılanlar axtarılan kriteriyaya bərabər olan hallardır.)
2.ROW(Kriteriya)-bu verilmiş aralıqda hər bir xananın sətir nömrəsini göstərir.
3.(Kriteriya=E3)*ROW(Kriteriya)-bu yəni, birinci və ikinci izahların hasili "True" olanları uyğun sətir nömrəsinə çevirir ("False" olanlar isə sıfır olduğu üçün onların sətir nömrələrinə hasili elə sıfır olaraq qalacaq).
4.Artıq verilmiş araqlıqda tapmaq istədiyimiz kriteriyanın sonuncu mövqeyini (sətir nömrəsini) bilirik və bu 3-cü izahdakı formulun verdiyi ən böyük rəqəm olacaq. Yəni MAX((Kriteriya=E3)*ROW(Kriteriya)) funksı vasitəsilə ən böyük olanı tapırıq.
5.İndi Match() funksiyasından istifadə etməklə həmən maksimum rəqəmin yerləşdiyi sətir nömrəsini müəyyən edək. MATCH(MAX((Kriteriya=E3)*ROW(Kriteriya));(Kriteriya=E3)*ROW(Kriteriya);0)-bu hissə bizə sətir nömrəsini tapmağa kömək edəcək.
6.Yekun olaraq əgər sətir nömrəsi və sütün aralığı bizə məlumdursa onda bu kordinantlarda yerləşən kriteriyanı tapmaq çətin deyil. İndex() funksiyası bu məsələni həll edəcək.
7.E3-xanasının boş olması və ya verilmiş diapozondakı kriteriyalara bərabər olmaması hallarında yalnış nəticənin qarşısını almaq məqsədilə VLOOKUP(E3;Kriteriya;1;0)=E3 funksiyasının hasilindən istifadə olunacaq.

P.S: Hər hansı bir hissənin hansı nəticəni verdiyini əyani şəkildə görmək üçün həmin hissəni seçib "F9"-u sıxmaq lazımdır 

Əlavə məlumatı bu linkdə tapa bilərsiniz.


Category: Massiv Formullar | Added by: Useful | Tags: vlookup, ВПР
Views: 959 | Downloads: 142 | Rating: 0.0/0
Total comments: 0
Register to add comments
[ Register | Login ]
Login

Search

Useful Sites
  • www.planetaexcel.ru
  • www.programmersforum.ru
  • www.mrexcel.com
  • www.excelworld.ru
  • www.cyberforum.ru
  • www.excelvba.ru
  • www.muhasib.az

  • Visitors
    free counters


    MyExcelWorld © 2018
    Site managed by uCoz