MVP logo
    Your browser: , Version
Thursday, 16.08.2018, 9:42 PM
Hello! Guest | Group Guest | RSS
Home | Fayl Kataloqu | Profile  | Login
Saytın menyusu

Kateqoriyalar
VBA [21]
Formullar [31]
Massiv Formullar [12]
Ümumi [4]

Sorğu
"Excel"in hansı versiyasını istifadə edirsiniz?
Səsvermə sayı: 536

Statistika

Total online: 1
Guests: 1
Users: 0

Müsabiqələr


Mətnin ən sağ tərəfindəki sözünün əldə edilməsi qaydası (extract text)
[ Download from this server (9.3 Kb) ]19.09.2013, 0:51 AM
Bunu müxtəlif üsullardan istifadə edərək əldə etmək mümkündür (məsələn: formul və ya formuldan istifadə etmədən - text to column və s.)

Bunun iki üsulla həll edilməsinə baxaq. 




Hər iki formul CSE (Ctrl+Shift+Enter) ilə daxil edilir.

I.

=MID(A1,MAX((MID(A1,ROW(INDIRECT("1:"&LEN(A1))),1)= " ")*
ROW(INDIRECT("1:"&LEN(A1))))+1,LEN(A1)-MAX((MID(A1,ROW(INDIRECT("1:"&LEN(A1))),1)= " ")*ROW(INDIRECT("1:"&LEN(A1)))))

İzahı:

1. MID(A1,ROW(INDIRECT("1:"&LEN(A1))),1)= " " - formulun bu hissəsi A1 xanasındakı mətnin hər bir simvolunun boşluğa (yəni " ")  bərabər olub olmamasını müəyyən edir.
2. ROW(INDIRECT("1:"&LEN(A1))) - simvolların sayı qədər rəqəmlər ardıcıllığını əldə etməyə imkan verir.
3. Birinci və ikinci formulların hasili bizə boş olan yerlərin  sıra nömrəsini tapır.
4. MAX((MID(A1,ROW(INDIRECT("1:"&LEN(A1))),1)= " ")*ROW(INDIRECT("1:"&LEN(A1))))+1 - burada isə max() funksiyası ilə ən böyük rəqəmi tapırıq ki, sonuncu boşluğu müəyyən edə bilək.
5. İndi biz artıq bilirik ki, hansı simvoldan başlayaraq sözü çıxaracıq lakin, neçə simvol çıxaracağımızı bilmək üçün
LEN(A1)-MAX((MID(A1,ROW(INDIRECT("1:"&LEN(A1))),1)= " ")*ROW(INDIRECT("1:"&LEN(A1)))) - formulundan istifadə ediləcək. Ümumi simvolların sayından əvvəlcə müəyyən etdiyimiz başlanğıc nöqtəsini (sonnnuncu boşluğun sıra sayını) çıxırıq və nəticə hazırdır.




II.

=REPLACE(A1,1,MAX((MID(A1,ROW(INDIRECT("1:"&LEN(A1))),1)= " ")*ROW(INDIRECT("1:"&LEN(A1)))),"")
 
Burada formulun MAX((MID(A1,ROW(INDIRECT("1:"&LEN(A1))),1)= " ")*ROW(INDIRECT("1:"&LEN(A1)))) - olan hissəsi sonuncu boşluğun sıra sayını tapır və Replace() funksiyası vasitəsilə A1 xanasında 1-ci simvoldan başlayaraq sonuncu boşluğa qədər bütün hissə "" ilə əvəz edilir və nəticəmiz hazırdır.

Qeyd: Office 2013 versiyasından istifadə edənlər isə bütün bunlara ehtiyac duymurlar. Office 2013-də bu nəticəni verilmiş siyahınızın qarşısında birinci sətir üçün daxil etdiyiniz anoloji ardıcıllığa əsasən digər sətirlər üçün də artıq nəticə təklif edilmiş olur (Flash fill).
Category: Massiv Formullar | Added by: Useful
Views: 587 | Downloads: 92 | Rating: 0.0/0
Total comments: 0
Register to add comments
[ Register | Login ]
Login

Search

Useful Sites
  • www.planetaexcel.ru
  • www.programmersforum.ru
  • www.mrexcel.com
  • www.excelworld.ru
  • www.cyberforum.ru
  • www.excelvba.ru
  • www.muhasib.az

  • Visitors
    free counters


    MyExcelWorld © 2018
    Site managed by uCoz